Məxfilik siyasəti
Son yenilənmə: 22 sentyabr 2026
Hansı məlumatı toplayırıq
- Telefon nömrəsi və ad — randevunu təsdiqləmək və dəyişiklik barədə xəbər vermək üçün. Bron üçün qeydiyyat tələb olunmur.
- Randevu məlumatı — hansı biznes, hansı xidmət, hansı vaxt.
- Yerləşmə — yalnız icazə versəniz və yalnız yaxınlıqdakıları sıralamaq üçün. İcazə verməsəniz axtarış məsafəsiz işləyir.
- Texniki məlumat — sessiya, cihaz növü, xəta jurnalları.
Kim görür
Bron etdiyiniz biznes sizin adınızı, nömrənizi və randevu tarixçənizi görür — onsuz sizi qəbul edə bilməz. Başqa bizneslər sizin məlumatınızı görmür.
Məlumatınızı satmırıq və reklam üçün üçüncü tərəfə vermirik.
Harada saxlanılır
Serverlərimiz Almaniyadadır. Yəni məlumatınız Azərbaycandan kənarda emal olunur. Bron edərkən bununla razılaşmış olursunuz.
Nə qədər saxlayırıq
Randevu tarixçəsi biznesin müştəri kartotekasında qalır — qayıdanda sizi tanısın deyə. Hesabınızı silmək istəsəniz bizə yazın, məlumatınız silinir; mühasibat üçün saxlanması qanunla tələb olunan sənədlər istisnadır.
Hüquqlarınız
Sizin barənizdə hansı məlumatın saxlandığını soruşmaq, düzəltdirmək və silinməsini tələb etmək hüququnuz var. Müraciət üçün aşağıdakı əlaqə vasitələrindən istifadə edin.
Əlaqə
Hüquqi şəxsin qeydiyyatı prosesindədir — rekvizitlər qeydiyyat tamamlanan kimi burada göstəriləcək.
Həmçinin: istifadə şərtləri.